Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirus (COVID-19) infeksiyasına qarşı dezinfeksiya işləri gücləndirilmişdir

06 aprel 2020 | 16:00

Rayon ərazisində koronavirus infeksiyasının yayılmasının və insanların bu infeksiyaya yoluxmasının qarşısının alınması məqsədilə rayonda fəaliyyət göstərən aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarının və tapşırıqlarının icrasının təmin edilməsi, rayonda sanitar gigiyenik vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı görülən işlər gündəlik xarakter daşıyır.

Rayonda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, yaşayış binalarındakı ümumi istifadə yerlərində, bloklarda və pilləkənlərdə, küçə və prospektlərdə, kəndlərarası yollarda, ticarət və xidmət sahələrinin ərazilərində, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələrə iki gündən bir olaraq dezinfeksiya məhlulları çilənir. Dezinfeksiya işlərinin intensivliyinin təmin olunması məqsədilə xüsusi çiləyici qurğuları olan texnikalardan istifadə olunur.

Sakinlərə Nazirlər Kabinetinin Qərarlarına və  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara uyğun davranmaları, evdə qalmaları və yalnız ciddi ehtiyac yarandıqda müəyyən edilmiş qaydalara riayət etməklə evdən çıxmaları, digər şəxlərlə minumum ünsiyyətdə olmaları tövsiyə olunur.

 

 

Keçidlər