Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda evlərə ərzaqların çatdırılması xidməti göstərilir

02 aprel 2020 | 16:00

Koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən karantin rejimi dövründə rayon ərazisində fəaliyyət göstərən supermarketlər sakinlərin evlərinə ərzaqların çatdırılması xidmətinə başlamışlar.

Tovuz şəhəri ərazisində yerləşən “Sultan” market, “Əsədoğlu” marketlər şəbəkəsi və “Aləm” market rayonun bütün yaşayış məntəqələrinə çatdırılmanı pulsuz həyata keçirirlər.

“Sultan” mareket 24 saat fasiləsiz olaraq onlayın (sultanmarket_tovuz@mail.ru) və telefon vasitəsilə (070-327-73-72, 055-212-87-17, 022-315-47-55) sifarişlərinizi qəbul edir.

“Aləm” marketlər şəbəkəsi hər gün saat 08:00-dan 00:00-dək Tovuz şəhəri ərazisindəki market (055-887-40-06, 050-701-74-06, 070-624-67-62), Aşağı Quşçu kəndi ərazisindəki market (050-886-04-30, 050-424-60-36, 077-225-60-17) telefon nömrələri ilə sifarişlərinizi qəbul edir.

“Əsədoğlu” marketlər şəbəkəsi 50 AZN-dən artıq alış-veriş edən sakinlərə gün ərzində saat 12:00-dan 20:00-dək telefon vasitəsilə (055-704-56-46) ödənişsiz çatdırılma xidməti həyata keçirir.

 

Keçidlər