Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda koronavirus infeksiyasına qarşı dezinfeksiya işlərinin əhatə dairəsi genişləndirilir

02 aprel 2020 | 16:00

Tovuz rayonunda xüsusi karantin rejimi dövründə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər gündəlik olaraq həyata keçirilir.

Gün ərzində qruplaşmış briqadalar Tovuz və Qovlar şəhərlərində, Əyyublu, İbrahimhacılı, Yanıqlı, Qəribli və Cəlilli kəndlərində olmuşlar. 

Tovuz və Qovlar şəhərlərində küçə və prospektlər, səkilər, sahibkar obyektlərinin ətraflarında, çoxmənzilli yaşayış binalarının həyətlərində lazımi təmizlik işləri aparılmış, sanitar-gigiyenik tədbirlər görülmüşdür.

Tovuz şəhərindəki Heydər Əliyev Meydanında və Heydər Əliyev prospektində, İstiqlal, M.Ə.Sabir, H.Aslanov, Şəhriyar, Rövşən Məmmədov, Musa Musayev küçələrində, yeraltı piyada keçidində, körpülərdə, avtomobil dayanacaqlarında, bankomatların ərazilərində, çoxmənzilli yaşayış binalarının girişlərində və həyətlərində, qeyri-yaşayış binalarında, ticarət və xidmət obyektlərində dezinfeksiya işləri aparılmışdır. Dezinfeksiya işlərinə üzərində xüsusi çiləyici qurğular olan avtomobillər cəlb olunmuşdur.

Tovuz şəhərində sərnişin daşınma xidməti göstərən 25 ədəd avtonəqliyyat vastəsinin tutacaqları və oturacaqları dezinfeksiya edilmişdir.

Eyni zamanda gün ərzində İbrahimhacılı, Yanıqlı, Qəribli, Əyyublu və Cəlilli kəndlərində, “Aqrolizinq” ASC-nin Tovuz rayon filialının və Bitki Mühafizəsi Mərkəzinin  inzibati  binalarında dezinfeksiya işləri görülmüşdür.

Koronavirus infeksiyasının yayılmasının və insanların virusa yoluxmasının məhdudlaşdırılması üçün rayonun bütün yaşayış məntəqələrinin zəruri olan yerlərində dezinfeksiya işlərinin aparılır və mütəmadi olaraq davam etdiriləcəkdir.

 

Keçidlər