Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda dezinfeksiya işləri davam etdirilir

21 mart 2020 | 16:00

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Tovuz rayonunda da  bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın tapşırıqlarına uyğun olaraq Tovuz rayonunda həyata keçirilən təxirəsalınmaz tədbirlər sırasında rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşlarından ibarət xüsusi qrup  müxtəlif yerlərdə, o cümlədən əhalinin intensiv keçdiyi küçələrdə, parklarda, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işlərini davam etdirir. Bu işlər əhalinin sağlamlığının qorunması və epidemiyaya yoluxmasının qarşısının alınması məqsədi ilə görülür.  

Dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər