Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yeni üzüm bağları salınır və tarladan piştaxtaya istehsal dövrəsi yaradılır

13 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” Tovuzlu üzümçüləri daha da ruhlandırmışdır. İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Tovuzda zəngin üzümçülük ənənələri olmuşdur. Hazırda rayonda üzümçülük inkişaf etdirilir, rayonlaşdırılmış üzüm sortlarından yeni üsullarla üzüm plantasiyaları salınmasına başlıca diqqət yetirilir.

Tovuz rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov rayonun Aşağı Quşçu kəndində bir sıra istehsal sahələrini vahid halqa halında birləşdirən təsərrüfata gələrək yeni salınan üzüm bağlarında və ona xidmət edən sahədə, plantasiyanın bazasında yaradılan soyuducu anbarda olmuş və görülən işlərlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, “Alfonsa”, “Şalfey”, “Melored” kimi üzüm sortlarını yerli  üzümçülər calaq üsulu ilə əldə etmişlər. Aşağı Quşçu kəndində 2019-cu ildə yaradılan üzüm emalı müəssisəsi üzümçülərə istehsal etdikləri məhsulu vaxtında satmağa imkan vermiş, qəbul olunan məhsulun dəyəri yerində ödənildiyinə görə fermerlərin gəlirləri də artmışdır.  Razılıqla bildirilmişdir ki, kənddə yaradılan həmin emal müəssisəsi ildə 3 min ton üzüm qəbul etməyə imkan verir və orada İtaliya, Fransa və digər xarici ölkələrdən müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılmışdır.

Təsərrüfatın sahibi İsmayıl Hüseynov dövlətin fermerlərə, aqrar sahədə çalışanlara yaratdığı geniş imkandan istifadə edərək müasir üzüm plantasiyası salaraq əlavə işçi qüvvəsi cəlb etməklə həmin bağa qulluq göstərir. Təsərrüfatda bazarın təlabatına uyğun üzüm tinglərindən salınmış bağlar vaxtında şpalerə qaldırılır, quru budamadan tutmuş digər aqrotexniki tədbirlər vaxtında həyata keçirilir. Plantasiya üçün dəmir-beton dayaqlar onların özündə istehsal olunur, sifariş əsasında digər üzümçülərə də satılır.

M. Məmmədov təsərrüfatda olarkən 2019-cu ildə istifadəyə verilmiş soyuducu anbarla və bütün istehsal dövrəsi ilə yaxından tanış olmuşdur.

Keçidlər