Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Milli Qəhrəman Naiq Yusifovun anası Xədicə xanımı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir

07 mart 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ağdam kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Naiq Yusifovun valideyinlərinə baş çəkmişdir.

Cənab M. Məmmədov Milli Qəhrəmanın anası Xədicə xanımı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, ona can sağlığı, övladlarına xöşbəxtlik  arzulamışdır.

Çay süfrəsi arxasında səmimi söhbət aparılmış, tort kəsilmiş, Milli Qəhrəmanın atası Nəsir Yusifov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Qəhrəmanların ailələrinə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına göstəridiyi diqqət və qayğıdan razılıqla danışmış. 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində həyat yoldaşı Xədicə xanımı təbrikə gəldiyinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Rayon icra hakimiyyətinin başçısı M. Məmmədov Milli Qəhrəmanın valideyinlərinin sağlamlıq durumu və məişət şəraiti ilə maraqlanmışdır.

Keçidlər