Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

25 fevral 2020 | 16:00

Xocalı soyqırımının 28-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin tədbirlər planının icrası çərçivəsində Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş “Nakam arzular” adlı kompazisiya nümayiş etdirilib.

Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə mədəniyyət mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş tematik guşə ilə tanış olmuşlar.  Daha sonra  rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı “Nakam arzular” kompazisiyası tamaşaçılara təqdim edilmişdir.

 

Keçidlər