Şriftin ölçüsü :

Saytın rəngi :

Əlimərdanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

05 fevral 2020 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Əlimərdanlı kəndində  keçirilmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən, yanvar ayının 13-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə və fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aparılan müzakirələrdən, qarşıya qoyulan  hədəflərdən danışmışdır.

RİH başçısı çıxışında Tovuz rayonunda həyata keçirilən abadlıq və quruculuq, infrastruktur layihələri barədə sakinlərə məlumat vermiş və onlardan öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar suvarma su təminatı,elektrik xəttinin istiqamətinin dəyişdirilməsi, kənd mədəniyyət evinə elektrik verilişi, körpələr evi-uşaq bağçasının təmir olunması, kənd xəstəxanasının qazla təminatı,  məktəb binasının yenidən tikillməsi, işlə təminat və başqa məzmunlu mürəciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir. Bir sıra tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər