Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

20 yanvar 2020 | 16:00

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Tovuz şəhərindəki Şəhidlər Xiyabanında, Qovlar şəhərində, Əlimərdanlı, Əyyublu, Düz Qırıqlı, Əlibəyli, Hacıalılı, Ağdam və Aşağı Quşçu kəndlərində anım mərasimi keçirilmişdir.

Tədbirlərdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, dini icma nümayəndələri, rayonun idarə, müəsissə və təşkilatların əmək kollektivləri, yerli sakinlər iştirak etmişdir.   Minlərlə insan Tovuz Şəhidlər Xiyabanına, kəndlərdəki 20 Yanvar şəhidlərinin rəmzi abidələri və vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə komplekslərini, şəhid məzarlarını ziyarətə gəlmiş, şəhidlərin məzarı üzərinə və xatirə abidələri qarşısına gül dəstələri düzmüş, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Kəndlərdəki xatirə abidələri qarşısında məktəblilər şəhidlərin unudulmaz xatirəsinə həsr edilmiş şeir parçaları səsləndirmişlər.

Rayon İcra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov şəhid ailələri ilə görüşmüş, bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.

 

 

 

 

 

Keçidlər