Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam kəndində hesabat yığıncağı keçirilmişdir

15 yanvar 2020 | 16:00

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının  Ağdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.

Tədbirdə ərazidə yaşayan əhalinin bütün qruplarının təmsilçiləri və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Hesabat məruzəsi ilə RİH başçısının Ağdam kənd İƏD üzrə nümayəndəsi Həqiqət Məmmədova çıxış etmişdir. Məruzədə “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndinə uyğun olaraq nümayəndəliyin vəzifə və səlahiyyətlərinin il ərzində icrası vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, keçən il Ağdam kəndində sosial infrastrukturun möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə davamlı qaydada təmin olunması, sakinlərin istifadəsində olan torpaq sahələrindən səmərəli istifadə etmələri, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı, əkinlərin suvarma suyu ilə təminatı, əkinçilərə dövlət yardımının ödənilməsi sahəsində kifayət qədər işlər görülmüşdür. Yeni istismara verilmiş Tovuz-Ağdam avtomobil yolu kəndin sosial-iqtisadi həyatında önəmli rol oynayır. Kəndlilərin rayon mərkəzi ilə əlaqə saxlanmasında və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışının təşkilində heç bir narahatlıq yaşanmır. Kənddə uşaqların icbarı təhsilə cəlb edilməsi, məktəbəqədər təhsilin təşkili, əhaliyə göstərilən səhiyyə, poçt və rabitə xidməti normal vəziyyətdədir. Sərhəd kəndi kimi mütəmadi olaraq ərazidə təhlükəsizlik tədbirləri ilə bağlı lazımi işlər görülür.

Məruzədə nümayəndəliyin fəaliyyətini səciyyələndirən statistik rəqəmlər səslənmişdir.

Hesabat yığıncağında çıxış edən kənd sakinləri Çingiz Hacıyev, Tamam Əliyeva, Xətayə Qurbanova, Maqsud Əliyev və başqaları çıxış edərək rayonun sərhəd kəndi olaraq Ağdam kəndində sakinlərin rahat yaşayıb- işləməsinə, təhükəsizliyin təmin olunmasına, sosial infrastrukturun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və 2020-ci ildə kənddə bir sıra işlərin görülməsinin zəruri olduğunu dilə gətirmişlər. Belə ki, sakinlər kənd məktəbinin əsaslı təmiri, elektrik təsərrüfatının yenilənməsinin davam etdirilməsi, suvarma və içməli su təminatı məsələləri barədə təkliflər  səsləndirmişlər.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Hüsaməddin Hüseynov iştirak və çıxış etmişdir.

Keçidlər