Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda uşaqlara bayram hədiyələri paylanır

02 yanvar 2020 | 16:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun körpələr evi-uşaq bağçalarının uşaqlarına bayram hədiyyələri paylanır.

Rayon mərkəzində quraşdırılmış yolkanın ətrafına dəvət olunan uşaqların ifasında müxtəlif səhnəciklər nümayiş etdirilir və şerlər səsləndirilir. Tovuz rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri bayram tədbirində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə rayon rəhbərliyinin ən xoş arzularını çatdırıb və bayram hədiyyələri təqdim ediblər.

Keçidlər