Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının məsul işçiləri Tovuz rayonunda vətəndaşların müraciətlərini dinləyiblər

18 dekabr 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin dekabrın 18-də Tovuz Rayon İcra Hakimiyyətində vətəndaşlarla görüşü keçirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.

Görüşlərdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək təşəkkürlərini cənab Prezidentə çatdırılmasını xahiş ediblər.

Keçidlər