Şriftin ölçüsü :

Saytın rəngi :

Hunanlar kəndində səyyar qəbul-görüş keçirilmişdir

11 dekabr 2019 | 16:00

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq belə  görüşlərin  ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. M. Məmmədov son illər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən diqqət və qayğıdan söz açaraq, Tovuz rayonunda görülmüş işlər barədə geniş məlumat verdi.

Rayon rəhbəri kənd sakinlərini kəndin sosial-iqtisadi inkişafı və problemləri ilə bağlı açıq müzakirələrə dəvət etdi.

Görüşdə iştirak edən kənd sakinləri Hunanlar kəndində avtomobil yolunun tikintisi, əraziyə təbii qaz verilməsi, Tovuz Aqroparkının inşası və digər həllini tapmış məsələlərlə əlaqədar ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifaddə etmişlər.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, təbii qazın təzyiqinin aşağı olması,  yeni məktəb binasının tikilməsi, suvarma su arxının təmizlənməsi üçün texnika ayrılması, sosial yardım, uşaq bağçasında qrupların sayının artırılması, maddi yardım və digər məsələlər qaldırmışlar.

Bütün müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər