Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yeni məktəb kompleksi tikilir

28 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi hərtərəfli qayğının nəticəsi olaraq Tovuz rayonunda da hər il yeni məktəb binaları tikilib istifadəyə verilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə olduğu kimi Tovuzda da yeni məktəb binalarının tikilməsi proqramı uğurla icra edilir.

Bu kompleks tədbirlərin davamı olaraq Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəb üçün 1200 şagird yerlik yeni məktəb binası tikilir. Məktəbin tikintisinə bu ilin iyun ayında başlanılıb. Məktəb 3 mərtəbəli 6 korpusdan, 64 sinif otağından, fənn kabinetləri, lobaratoryalar, idman və akt zalından ibarətdir. Binanın həyətində futbol, voleybol, həndbol və basketbol idman növləri üçün meydançalar yaradılacaq.

Hazırda Tovuzda yaradılan bu məktəb kompleksində dövrün tələblərinə uyğun olaraq ən müasir texnologiyalara əsaslanan elektrik, rabitə və digər kommunikasiya sistemləri quraşdırlması davam etdirilir. Sürətlə aparılan tikinti-quraşdırma işləri layihəyə uyğun və təsdiq edilmiş qrafik əsasında həyata keçirilir.

Keçidlər