Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Futbol Akademiyası üçün tikinti-quraşdırma işləri aparılır

21 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikada idmanın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına və gənc nəslin hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərir. Azərbaycanda yeni olimpiya idman kompleksləri, beynəlxalq yarışların keçirildiyi böyük stadion və idman arenaları,  digər idman qurğuları istifadəyə verilir.

Tovuzlular fəxr edir ki, ölkədəki 44 olimpiya idman kompleksindən biri də Tovuzda yerləşir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi qəbul olunur. Zəngin futbol ənənələri olan rayonda AFFA-nın qərarı ilə Tovuz Futbol Akademiyası yaradılması barədə qərarını Tovuzlular və rayon ictimaiyyəti, idmansevərləri böyük razılıqla qarşılamışlar.

Tovuz şəhər mərkəzi stadionunun yaxınlığındakı əlavə geniş ərazidə yeni yaradılmış futbol akademiyası üçün mini stadion tikintisinə başlanmış, eyni zamanda orada idman qurğularının, təlim-məşq meydançaları və otaqlarının yaradılması da davam etdirilir. Kiçik yaşlı futbolçuların hər cür hava şəraitində idman məşğəlləri və məşqlər keçməsi üçün nəzərdə tutulan açıq və örtülü mini stadionun da tikintisi təsdiq edilmiş qrafikə uyğun aparılır.

Keçidlər