Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İH başçısının növbəti səyyar qəbulu Dönük Qırıqlı kəndində keçirilmişdir

16 oktyabr 2019 | 16:00

Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq ilk öncə iştirakçıları qarşıdan gələn 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmiş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, dövlət quruculuğu sahəsində, ölkəmizin sosial-iqtisadi inkişafının təməlinin qoyulmasında, beynəlxalq nüfuzunun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin möhtəşəm fəaliyyəti barədə danışmışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran rayon rəhbəri ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır. Cənab Prezidentin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmışdır.

RİH başçısı çıxışında Tovuz rayonunda həyata keçirilən abadlıq və quruculuq, infrastruktur layihələri barədə sakinlərə məlumat vermiş və onlardan öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.

Səyyar qəbul-görüş fəallıq şəraitində keçmiş, kənd sakinləri müxtəlif xarakterli təkliflər və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar sahibkarlıq fəaliyyəti, piyada keçidi, məktəbin təmiri, abadlıq işləri, yol təmiri, kənddin suvarma su ilə təminatının yaxşılaşdırılması, elektrik enerjisi təsərrüfatının yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 

Keçidlər