Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda bol tütün yarpağı istehsal olunaraq yerli əkin üçün tütün toxumu yetişdirilir

04 oktyabr 2019 | 16:00

Ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyün artırılması sahəsində görülən konkret işlər diqqət çəkir.  Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi, ayrı-ayrı sahələrin səmərəliliyinin artırılması eyni zamanda ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığının azaldılması deməkdir.
Respublikamızın hər yerində olduğu kimi, Tovuzda da rayonun kənd təsərrüfatı özünün inkişaf dövrünü yaşayır. İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ildə rayon ərazisində 50 hektar sahədə tütün əkilmişdir. Rayon rəhbərliyinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edərək sahələrdə bol məhsul yetişdirərək onu vaxtında dərib qurutma məntəqələrinə gətirmişlər. Qurumuş tütün yarpaqları bandaq və pres bağlıları şəkilində tütün qəbulu məntəqələrinə təhvil verilmişdir. İndiyəqədər 45 ton quru tütün yarpağı tədarük edilmişdir.
Bu günlər rayonda tütün dərimi yekunlaşmaq üzrədir. Mövsüm ərzində tütün sahələrində 220 nəfərdən çox insan çalışmışdır. İndiyədək tütünçülər 550 tondan çox  yaş tütün tədarük ediblər.
Tütün sahələrinə aqrotexniki qulluq göstərilməklə kompleks becərmə işləri optimal müddətdə aparıldığına görə yerli iqlim şəraitinə uyğunlaşmış tütün sortlarına kefiyyətli toxum tədarük etmək imkanı yaranmışdır. Mütəxəssislər tütün toxumu yetişdirilən plantasiyalara baxış keçirərək toxumluq bitkiləri seçərək abrabaksiya işləri aparmışlar. İlkin nəticələr göstərir ki, Tovuz tütünçüləri özləri istehsal etdikləri tütün toxumları ilə fermerlərin ehtiyacını ödəyəcəklər.

 

 

Keçidlər