2 iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar rayonda tədbir keçirilmişdir. Tədbirdən əvvəl Tovuz şəhərindəki Heydər Əliyev adına meydanda Ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Tovuz rayon Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyev meydanında tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər
Rayon İH başçısının növbəti səyyar qəbulu Çatax kəndində keçirilmişdir. Tədbirdə rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir
23 iyun Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir rayon İH başçısı aparatının akt zalında keçirilmişdir
Bu gün Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə "Açıq qapı" günü ilə əlaqədar zabit və əsgərlərlə görüş keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığının icrasının təmin olunması məqsədilə taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi zərurəti ilə bağlı İH başçısının 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış xüsusi qərargahın iclası keçirilmişdir
Rayon İH başçısının növbəti səyyar qəbulu Çobansıxnaq kəndində keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-də tibb işçilərinin peşə bayramı qeyd olunur
15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə Tovuz şəhərində bayram tədbiri keçirilmişdir
Tovuz şəhəri Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar
Rayon İH başçısının növbəti səyyar qəbulu Dondar Quşçu kəndində keçirilmişdir. Tədbirdə rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər
Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Futbol festivalı" keçirilmişdir
10 iyun 2019-cu il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə Kiçik səyyar xidmət qrupu iyun ayı ərzində həftənin 1,2,3 və 5-ci günləri saat 10:00-dan 17:00-dək Tovuz şəhəri, Nizami küçəsi 2 (Mərkəzi poçtun binası) ünvanında vətəndaşlara səyyar xidmət göstərəcəkdir
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuz rayonunda bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə əlaqədar işgüzar görüş keçirilib
Rayon İH başçısının növbəti səyyar qəbulu Kirən kəndində keçirilmişdir
5 İyun meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı ilə əlaqədar rayonda tədbir keçirilmişdir. İştirakçılar əvvəlcə Tovuz şəhərinin mərkəzində ucaldılmış Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər
Son illər Tovuzda həyata keçirilən genişmiqyaslı işlər nəticəsində rayonun siması başdan-başa dəyişmiş, əhalinin həyat tərzi xeyli yüksəlmişdir. Amma onlar qazandıqları nailiyyətlərdən arxayınlaşmır, daha böyük hədəfləri dəf etmək üçün çalışırlar. Bunu cari ilin ilk rübü ərzində əldə olunmuş uğurlar da təsdiqləyir
Tovuz rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar birliyinin birgə təşkilatçılığı ilə Tovuzda Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 95 illik yubileyi keçirilmişdir. Həmin gün Azərbaycan Yazıçılar Birliyi də IX şairlər gününü Tovuzda Mikayıl Azaflının əziz xatirəsinə həsr etmişdir
1 İyun - Uşaqlarin Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bayram şənliyi keçirilmişdir
Tovuz rayon İcra Hakimiyyəti Azərbaycan Aşıqlar birliyi ilə birgə Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 95 illik yubileyini keçirir
Tovuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir
Məlumat verdiyimiz kimi, 10 may 2019-cu il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar ASAN xidməti 1(bir) ay müddətində Tovuz şəhəri Sabir küçəsində (mərkəzi poçtla üzbəüz) sakinlərə xidmət göstərilir
Tovuz üçün yüksək ixtisaslı aqrar mütəxəssislər hazırlanacaq.
Yanıqlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, idarə-müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdən əvvəl Tovuz şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir