Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı yenidən qurularaq istifadəyə verilmiş yaşayış evində olmuşdur

19 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində verdiyi tapşırıqlara uyğun olaraq rayonda da bir sıra ardıcıl işlər həyata keçirilir. Əhalinin içməli su, elektrik və qaz yanacağı ilə fasiləsiz təmin edilməsi sahəsində kompleks tədbirlər görülür, tikinti-quruculuq və abadlıq işləri aparılaraq infrastrukturun müasir standartlara uyğun yeniləşdirilməsi sahəsində işlər davam etdirilir.
Tovuz şəhərindəki kommunal mənzilin sahibi Arifə Bayramovanın yaşadığı ev uzun müddət istismar edildiyindən ciddi təmir-bərpaya ehtiyacı vardı. Real vəziyyət nəzərə alınaraq rayonun yerli icra orqanları həmin mənzilin əsaslı təmiri üçün tədbirlər görmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov əsaslı şəkildə təmir edilmiş həmin mənzildə olaraq görülən işlərlə tanış olmuşdur.

Keçidlər