Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü” Tovuzda yüksək səviyyədə keçirilmişdir

16 sentyabr 2019 | 16:00

Yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibətilə rayonun bütün məktəblərində tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, təhsil şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak və çıxış etmişlər.
“Bilik günü” münasibətilə N. Tusi adına Tovuz şəhər məktəb-liseydə təşkil olunmuş tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı cənab Məmməd Məmmədov çıxış edərək son 15 il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında görülən işlərdən və əldə olunan nailiyyətlərdən, həmçinin təhsilinn inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən danışmış, Tovuz rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər, hazırda icra olunan layihələr, ötən tədris ilində əldə olunan nəticələr barədə fikirlərini bölüşmüş, rayonda təhsilin inkişafı sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Rayon rəhbəri məktəb-liseyin müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Həmin gün İH başçısı Məmməd Məmmədov A. S. Puşkin adına Tovuz şəhər tam orta məktəbində də olmuşdur. O, məktəbin müəllim və şagirdlərini “Bilik Günü” münasibətilə təbrik etmiş, 2018/2019-cu tədris ilində məktəbin 2 nəfər məzununun yüksək nəticələr əldə etdiyinə görə Prezident Təqaüdünə layiq görüllməsini təqdirəlayiq hal olduğunu vurğulamış, Tovuz təhsilinin potensialının daha yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. A. S. Puşkin adına Tovuz şəhər tam orta məktəbinin tarixi ənənələrini və şöhrətini qeyd edən rayon rəhbəri kollektivə gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.
Hər iki təhsil ocağında “Bilik Günü” tədbirlərində çıxış edənlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş və bu qayğıya əməli işləri ilə cavab verəcəklərini bildirmişlər.
Rayonun bütün məktəblərində “Bilik Günü” münasibətilə keçirilən tədbirlər yüksək səviyyədə təşkil olunmuşdur.

Keçidlər