Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Quşçu və Köhnəqala kəndlərində məktəblərin əsaslı təmirinə başlanmışdır

20 avqust 2019 | 16:00

Azərabaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə yetirdiyi diqqət və bu sahəyə göstərilən dövlət qayğısı təhsilimizin dünya standartlarına uyğun qurulmasına zəmin yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirlər əhali tərəfindən böyük rəğbətlə və minnətdarlıq hissi ilə qarşılanır.
Cari ildə Tovuz rayonunda məktəblərin tikintisi və əsaslı təmiri sahəsində işlər müvəffəqiyyətlə davam etdirilir. Belə ki, hazırda Alakol kəndində inşa olunan 624 şagird yerlik məktəbin tikintisi tamamlanmaq üzrədir, Şamlıq və Güvəndik kəndlərində modul tipli məktəblər quraşdırılır. Bu günlərdə isə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin və Ş. İ. Xətai adına Köhnəqala kənd tam orta məktəbinin əsaslı təmirinə başlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Köhnəqala və Aşağı Quşçu kəndlərində olmuş və məktəblərdə aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, bu məktəblər ötən əsrin 70-80-ci illərində birtipli layihələr əsasında inşa olunmuşdur. Uzun müddət burada əsaslı təmir işləri aparılmadığına görə hər iki bina tədris üçün yararsız vəziyyətdə olmuşdur. Məhz dövlətimizin qayğısı nəticəsində sözügedən məktəblərdə əsaslı təmir işlərinə başlanmışdır.
M. Məmmədov tikinti ilə tanış olarkən bildirmişdir ki, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun qayğısı ilə rayonumuzun iri yaşayış məntəqələrindən olan Aşağı Quşçu və Köhnəqala kəndlərində məktəblərin əsaslı təmir olunması Tovuz təhsilinə, bu məktəblərdə  çalışan pedaqoji kollektivə və şagirdlərə çox böyük töhfədir. Çalışmalıyıq ki, bu qayğıya təhsildə əldə etdiyimiz nailiyyətlərlə cavab verək.
Rayon rəhbəri inşaat işlərini tikinti norma və qaydalarına uyğun və qrafik əsasında aparmaq üçün yerli orqanlardan asılı olan tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyyələrini vermişdir.

Köhnəqala kəndi

 

Aşağı Quşçu kəndi

Keçidlər