Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Qurban bayramı münasibəti ilə bayram payı paylanıldı.

12 avqust 2019 | 16:00

Dünya müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi  əlillərinə və aztəminatlı ailələrə qurban əti paylanmışdır. Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbərliyinə xoş arzularını ifadə etmişlər.

Qurban bayramınız mübarək əziz tovuzlular!

Keçidlər