Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “ASAN xidmət”in fəaliyyətindən 5000 nəfər yararlanıb

29 may 2019 | 16:00

Məlumat verdiyimiz kimi, 10 may 2019-cu il  tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar ASAN xidməti 1(bir) ay  müddətində Tovuz şəhəri Sabir küçəsində (mərkəzi poçtla üzbəüz) sakinlərə xidmət göstərilir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığı təmin etmək və region sakinlərinin məmnunluğuna nail olunmaqdır.
Burada göstərilən xidmətlərə torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, “Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər funksional yardımçı xidmətlər daxildir.
Bu günə kimi  5000 nəfər xidmətin fəaliyyətindən yararlanıb.
Məlumat üçün bildiririk ki, Səyyar “ASAN xidmət” Tovuz şəhərində 2019-cu il iyunun 8-dək vətəndaşlara xidmət göstərəcək.
Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

 

Keçidlər