Şriftin ölçüsü :

Saytın rəngi :

Alakol kəndində məktəb binasının tikintisində

20 may 2019 | 16:00

Tarixən elmə, təhsilə və mədəniyyətə yüksək marağı olan Tovuz sakinlərinin arzusunu, təlabatı nəzərə alaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə rayonun Alakol kəndində müasir məktəb binasının tikintisi surətlə davam etdirilir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tikintidə olub işlərin gedişi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, N. Sadıqov adına Alakol kənd tam orta məktəbi üçün tikilən kompleks məktəb binası 3 mərtəbədən ibarət olacaq. 2019-2020-ci tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulan və müasir standartlara cavab verən bina 624 şagird yerlikdir. Tikinti meydançasında çalışan inşaatçılar yeni dərs ili başlanana qədər bütün tikinti-quraşdırma işlərinin kefiyyətlə yerinə yetirməyə çalışırlar.
M. Məmmədov tikintidə çalışanlarla görüşü zamanı bildirmişdir ki, ölkə rəhbərliyinin qayğısı ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində rayonumuzda belə möhtəşəm məktəb binası tikilir və inşaatçılar öz işlərini yüksək kefiyyətlə və məsuliyyətlə yerinə yetirməlidirlər. Rayon rəhbəri inşaat işlərini tikinti norma və qaydalarına uyğun və qrafik əsasında aparmaq üçün yerli orqanlardan asılı olan tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər