Şriftin ölçüsü :

Saytın rəngi :

“Tovuz marafonu-2019” başa çatıb

07 may 2019 | 16:00

YAP Tovuz rayon təşkilatının və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ““Tovuz marafonu-2019”–a yekun vurulub. Marafon iştirakçıları tədbirdən əvvəl Ulu öndərin abidəsi önün gül-çiçək dəstləri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev adına parkdan start götürən marafon şəhərin mərkəzində Ulu Öndərin adını daşıyan mərkəzin yanında başa çatıb.
Marafonda 16 yaşdan yuxarı və əvvəlcədən qeydiyyatdan keçmiş 250 nəfərdən çox insan iştirak edib. Marafonçular arasında gənc oğlan və qızlar, eləcə də orta yaş qrupuna aid şəxslər təmsil olunublar.
Marafon başa çatdıqdan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP Tovuz Rayon Təşkilatının sədri Məzahir Bayramov qeyd edib ki, bir neçə gündən sonra ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Xalqımız müstəqil dövlətimizin banisinin əziz xatirəsini böyük minnətdarlıqla yad edir.
Hər yerdə onun xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. İnsanlar Ulu Öndərimizə olan əbədi borclarının çox kiçik bir hissəsini qaytarmaq istəyi ilə sanki özlərində bir rahatlıq tapırlar. İndi keçirilən marafon da bu qəbildəndir. O, marafonun uğurla başa çatması münasibətilə bütün iştirakçıları  təbrik edərək bildirib ki, marafonun məqsədi eyni zamanda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Marafona insanlarımızın marağı böyük razılıq doğurur. Bu gün finişə hamıdan tez çatmış şəxsləri təbrik etmək üçün sizin buraya toplaşmağınız da gələcəkdə marafonların daha da genişləndirilməsi üçün zəmin yaradır.
Sonda yarışda 1-ci və 2 ci yeri tutun Düz Cırdaxan kənd sakinləri, fərdi təsərrüfatda çalışan Məmmədov Nurlan Ramiz oğluna, Yusifov Seyfəddin Rasim oğluna və 3-cü yeri tutan Tovuz şəhər E. Məmmədov adına tam orta məktəbin 11-ci sinif şagirdi Əhmədov Səbuhi Sakit oğluna xatirə hədiyyələri və mükafatlar verilmişdir.

 

Keçidlər