Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədabad kəndində səyyar qəbul-görüş keçirilmişdir

24 aprel 2019 | 16:00

Səyyar qəbul-görüşdə ilk öncə  rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, 2019-cu il ölkəmizdə sosial-iqtisadi sahədə keyfiyyətcə yeni mərhələnin  başlanğıcıdır. İlin ötən dövründə vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşının yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır. Son günlərdə ölkə başçısı tərəfindən sosial müdafiə sahəsində  imzalanan Sərəncamlar təxminən 3 milyona yaxın insanı  əhatə edir. Bununla da dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaqdır. Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Əhmədabad kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Könül İsmayılova, Xanoğlan İsmayılov, Fəxrəddin Məmmədov, Tural Məmmədov, Əsəd Qarayev, Aydın Rzayev, Anar Qurbanov, Nazim Əliyev, Elçin Musayev və başqaları müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Sakinlər  təbii qaz, elektrik enerjisi, sosial yardım, bağça açılması, nümayəndəlik üçün inzibati bina, iş, subartezian quyusunun qazılması və başqa mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər