Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

03 aprel 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Bayramlı kənd sakinlərinin iştirakı ilə keçirildi. Bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə çıxış edərək müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən, beynəlxalq aləmdə əldə olunan nailiyyətlərdən danışmışdır. İH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır. Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Bayramlı kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. İlk öncə ölkəmizdə aparılan sosial islahatlara görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edən sakinlər  suvarma və içməli su, subartezian quyusunun qazılması, kənddə uşaq bağçasının açılması, elektrik enerjisi, xəstəliyi ilə müalicə, iki mərtəbəli yaşayış binasının təmiri, mübahisəli torpaq məsələsi və başqa mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər