Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir

29 mart 2019 | 16:00

Heydər Əliyev Mərkəzində keçirilən konfransı rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açıq elan edərək 31 mart  Azərbaycanlıların soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad  etmişlər.
Sonra elmi-praktik konfrans öz işini davam etdirmişdir.
“31 mart Azərbaycanlıların soyqırımı qan yaddaşımızdır” mövzusunda rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, “1918-ci ilin mart soyqırımı və onun mərhələli davamı” mövzusunda Tovuz şəhər N. Tusi adına məktəb-liseyin tarix müəllimi Hikmət Quliyev, “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi genosid təzahürü kimi” mövzusunda Ağdam kənd məktəbinin müəllimi Nigar Ağasəliyə, Tovuz Dövlət Sosial İqtisad  Kollecinin müəllimi Yusif Quliyev məruzə ilə çıxış etmişlər.
Konfransı M. Məmmədov yekunlaşdıraraq qeyd etmişdir ki, bu günkü müzakirələr, burada səslənən fikirlər elmi-praktik konfransın səmərəli olduğunu   göstərir və biz hamımız, bütün xalqımız çalışmalıyıq ki, 31 mart soyqırımını bütün dünyaya çatdıraq.
İndi bizim hər birimiz bir məsuliyyət nümayiş etdirməklə fəal vətəndaş mövqeyindən çıxış edərək  31 mart - Azərbaycanlıların soyqırımını dünyada genosid aktı kimi tanıtmaq, haqlı mövqeyimizin dünya birliyi tərəfindən dəstəklənməsi üçün bu istiqamətdə həmrəylik nümayiş etdirərək ardıcıl iş aparmalıyıq.

Keçidlər