Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimhacılı kəndində səyyar qəbul-görüş keçirilmişdir

27 mart 2019 | 16:00

Səyyar qəbul-görüşdə ilk öncə  rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, 2019-cu il ölkəmizdə sosial-iqtisadi sahədə keyfiyyətcə yeni mərhələnin  başlanğıcıdır. İlin ötən dövründə vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşının yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır. Ölkəmizdə insan amili, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Şəhid ailələrinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının müavinətlərinin artırılması, minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də 116 manatdan 160 manata yüksəldilməsi, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması, problemli kreditlərinin həlli cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur.
Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda İbrahimhacılı kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan islahatlardan məmnun olduqlarını ifadə edərək kənd icra nümayəndəsi və bələdiyyənin fəaliyyəti, torpaq mübahisələri, suvarma suyu, içməli su, elektrik enerjisi, yeni yaşayış massivinə təbii qaz çəkilişi, ünvanlı sosial yardım, iş, məktəbin təmiri,  həyətyanı torpaq sahəsi tələbi və digər mövzuda mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər