Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 7 rayondan olan məktəbliləri Tovuz rayonuna səfər etmişlər

25 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 23-dən 26-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyası davam edir. Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Füzuli, İmişli, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı və Şəki məktəblilərindən ibarət 7 qrupun ümumilikdə 280 nəfər şagird və onlara rəhbərlik edən müşayətçilərini Tovuz şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkının qarşısında rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov qarşılayaraq onları salamlamış, rayonun tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verərək aksiyanın işində müvəffəqiyyət arzulamışdır. Rayonun kiçik yaşlı uşaqlardan ibarət rəqs qrupunun çıxışı marağa səbəb olmuşdur.
Tur-aksiya iştirakçıları əsrarəngiz gözəliyyə malik Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olaraq orada dolğun proqramla zəngin gəzintidə iştirak etmişlər. Daha sonra rayonun rəmzi emblemi haqqında, onun mənaları barədə iştirakçılara dolğun məlumat verildikdən sonra iştirakçılar Tovuzun 40 ədəd qala və qalaçasından soraq verən “Dairəvi qala” ilə tanış olmuşlar. Burada şagirdlərə  rayonun və Azərbaycanın tarixi torpaqları haqqında əyani vəsaitlər əsasında məlumat verilmişdir.Maarifləndirici xarakter daşıyan tədbir iştirakçılarında Tovuzdakı unikal əhəmiyyətə malik eramızdan əvvəl II minilliyə aid Göytəpə protoşəhər abidəsi də böyük təəssurat doğurmuşdur.
Təsdiq olunmuş proqrama uyğun olaraq qeyd edilən 7 rayonun məktəbliləri Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edərək oranın zəngin kompozisiyası ilə tanış olmuşlar. İştirakçılar xatirə hədiyyələri mübadiləsi etmişlər. Azərbaycanda 6 ildir keçirilən tur-aksiyanın bu dəfəki iştirakçıları da Tovuz rayonundan zəngin təəssuratla ayrılmışlar.

Keçidlər