Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəblilər arasında "Şahin" Respublika hərbi idman oyununun rayon birinciliyi keçirildi

15 mart 2019 | 16:00

Tovuz rayonunda İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və geniş təbliğ olunmasına xidmət edən  "Şahin" Respublika  hərbi idman oyunlarının Tovuz rayon birinciliyi keçirilmişdir.
Birincilikdə 8 məktəb komandası iştirak etmişdir. Hakimlərin yekun qərarı ilə I yerə M.Əliyev adına Əsrik Cırdaxan, II yerə F. Qasımov adına Xatınlı və III yerə M. Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbləri layiq görüldülər. Sonda qalib komandalar Gənclər və idman idarəsinin  diplom və qiymətli hədiyyələri ilə təltif olundular.

 

Keçidlər