Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda martın 16-dan 21-dək Novruz yarmarkası davam edəcəkdir

16 mart 2019 | 16:00

Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri keçirilən bayram yarmarkası bu gündən etibarən mart ayının 21-dək Tovuz rayonunda Novruz bayramı ilə əlaqədar Tovuz şəhərindəki “Turan” ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının gündəlik satış-yarmarkası keçirilməsinə başlanmışdır.
Yarmarkada rayonun kəndlərində istehsal olunan kartof, soğan, sarımsaq, üzüm, alma, armud, nar, tərəvəz, qoz-fındıq, heyva, evlərdə hazırlanmış təbii şirələr, turşular, mürəbbələr, yumurta, mal və qoyun əti, toyuq əti, pendir, şor, nehrə yağı, süd, süzmə, və digər məhsullar satışa çıxarılmışdır.Yarmarkada malların dəyəri bazar qiyməti ilə müqaisədə 15-20% aşağı qiymətlərə  təklif olunur.
Rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri yarmarkaya gələrək ehtiyaclarına uyğun onlara sərfəli qiymətlərlə  alış-veriş etmişlər. Sakinlər şəhər ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının davamlı təşkilindən razı qalmışlar.

Keçidlər