Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda yaz ağacəkmə aksiyaları keçirilib

16 mart 2019 | 16:00

Tovuz Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Bu yaz özün bir təbiət yarat!” devizi altında ağacəkmə aksiyası keçirilib.
Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 16 mart 2019-cu il tarixdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə yeni yaşıllıqlar salınmış və ağac əkmə kampaniyası keçirilmişdir.
Aksiya zamanı rayonun “Ağdağ” massivindəki qoruyucu meşə zolağında 5 hektar sahədə 700 ədəd ərik, 2000 ədəd badam tingləri basdırılaraq onların suvarılması təşkil edilmişdir. Yeni salınmış yaşıllıq zonasına müntəzəm olaraq aqrotexniki qaydalara uyğun xidmət göstərilməsi təşkil olunmuşdur.

Keçidlər