Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Novruz yarmarkası davam edir

09 mart 2019 | 16:00

Martın 9-da Tovuz rayonunda Novruz bayramı ilə əlaqədar Tovuz şəhərindəki “Turan” ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilmişdir.
Yarmarkada rayonun kəndlərində istehsal olunan kartof, soğan, sarımsaq, üzüm, alma, armud, nar, tərəvəz, qoz-fındıq, heyva, evlərdə hazırlanmış təbii şirələr, turşular, mürəbbələr, yumurta, mal və qoyun əti, toyuq əti, pendir, şor, nehrə yağı, süd, süzmə, və digər məhsullar satışa çıxarılmışdır.Yarmarkada malların dəyəri bazar qiyməti ilə müqaisədə 15-20% aşağı qiymətlərə  təklif olunur.
Rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri yarmarkaya gələrək ehtiyaclarına uyğun onlara sərfəli qiymətlərlə  alış-veriş etmişlər. Sakinlər şəhər ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının davamlı təşkilindən razı qalmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yarmarkaya baş çəkmiş, məhsul istehsalçıları və sakinlərlə görüşmüş, onları dinləmiş və yarmarkanın işinin təşkili ilə bağlı tövsiyələrini vermişdir.
Tovuz şəhərindəki “Turan” ticarət mərkəzində martın 16-dan 21-dək  hər gün  kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunacaqdır.

Keçidlər