Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı ilə bağlı anım mərasımi keçirilmişdir

26 fevral 2019 | 16:00

Xocalı soyqırımının 27-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Tovuz rayon İcra Hakimiyyətinin tədbirlər planının icrası çərçivəsində Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş “Namus yarası” adlı kompazisiya nümayiş etdirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə mədəniyyət mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş tematik guşə ilə tanış olmuşlar.  Tədbir başlanarkən Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra  rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı “Namus yarası” kompazisiyası tamaşaçılara təqdim edilmişdir.

 

Keçidlər