Şriftin ölçüsü :

Saytın rəngi :

Hunanlar kəndində səyyar qəbul-görüş keçirilmişdir

30 yanvar 2019 | 16:00

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işləri, o cümlədən Nazirlər Kabinetinin iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda iqtisadi inkişafımızla bağlı səsləndirilmiş uğurları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Son 15 ildə bütün sahələrdə əldə olunmuş böyük nailiyyətlərdən danışdı.
Rayon rəhbəri kənd sakinlərini kəndinin sosial-iqtisadi inkişafı və problemləri ilə bağlı açıq müzakirələrə dəvət etdi.
Görüşdə iştirak edən kənd sakinləri 2018-ci ildə Hunanlar kəndində avtomobil yolunun tikintisi, əraziyə təbii qaz verilməsi, Tovuz Aqroparkının inşası və digər həllini tapmış məsələlərlə əlaqədar ölkə başçısı cənab İlham Əliyevə minnnətdarlıqlarını ifaddə etmişlər. Sakinlər yeni məktəb binasının tikilməsi, elektrik təsərrüfatının yenilənməsi, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışına kömək göstərilməsi, kənddə bitki dərmanları və kənd təsərrüfatı alətlərinin satışının dəstəklənməsi və özünüməşğulluq məsələləri ilə bağlı məsələ qaldırmışlar. Qəbulda iştirak edən kənd sakinlərindən bir neçəsi iş, qaz xəttinin çəkilməsi, pensiya təminatı, yaşayış evinin təmirinə kömək göstərilməsi və sair məsələlər barədə fərdi müraciətlər etmişlər.
Bütün müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.

Keçidlər