Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməsi davam edir

18 yanvar 2019 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncamına əsasən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilir.
Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Sonra tədbir iştirakçılarına Tovuz rayon Mədəniyyət Mərkəzinin xalq teatrının hazırladığı “20 Yanvar xalqın şərəf səhifəsi” adlı kompozisiya nümayiş etdirilib.
Təqdim olunan ədəbi bədii kompazisiyanın leytmotivini o təşkil etmişdir ki, 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Vurğulanmışdır ki, həmin faciə nə qədər dəhşətli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi.
Tədbir boyu səslənmişdir ki, xalqımıza qarşı törədilən bu qətliama ilk dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev siyasi qiymət vermişdir. İllər keçib qərinələr dolansa da xalqımızın tarixinin bu şərəf və qəhrəmanlıq səhifəsi heç vaxt unudulmayacaq, şəhidlərin əziz xatirəsi daim ehtiramla uca tutulacaqdır.

Keçidlər