Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin park və küçələrində səliqə-səhman yaradılır

16 yanvar 2019 | 16:00

Son günlər Tovuz rayonunda küçələrdə və parklarda quruyaraq təhlükə törədən, eləcə də fərdi yaşayış evlərinə, elektrik naqillərinə mane olan ağacların budanmasına başlanılıb. İndiyədək şəhərin müxtəlif küçələrində 500-dən artıq ağac budanaraq normal vəziyyətə salınıb. Budama işləri müvafiq normalara uyğun olaraq ətraf mühitə zərər vurmadan həyata keçirilir.
Ağacların budanması küçə və parkların xarici görnüşünü dəyişmiş və şəhərin küçələri səliqəli görkəm almışdır. Şəhər parkında, Heydər Əliyev prospektində, Səməd Vurğun, Həzi Aslanov, Şəhriyar, Rövşən Məmmədov və digər küçələrdəki ağacların qaydaya salınması, aparılan səliqə-səhman işləri şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır.

Keçidlər