Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam kəndində hesabat yığıncağı keçirilmişdir

14 yanvar 2019 | 16:00

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının  Ağdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin  yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə ərazidə yaşayan əhalinin bütün qruplarının təmsilçiləri və xidmət təşkilatlarının nümayəndələri təmsil olunmuşdur. Hesabat məruzəsi ilə RİH başçısının Ağdam kənd İƏD üzrə nümayəndəsi Həqiqət Məmmədova çıxış etmişdir.
2018-ci ilin Azərbaycan xalqının yaddaşında bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirən icra nümayəndəsi bu gün ölkəmizin dünyada ən sürətli inkişaf edən dövlətlərdən biri olduğunu bildirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış iqtisadi islahatların bu gün ölkə başçısı İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycanın  simasının  gündən-günə dəyişdiyini, regionların, o cümlədən Tovuz rayonunun inkişaf etdiyini, yeni iş yerlərinin açıldığını, müasir avadanlıqlarla təchiz edilmiş istehsal sahələrinin işə salınması böyük razılıqla qeyd olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası “Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yola saldığımız 2018-ci ildə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasının, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan nailiyyətlərin məhz həmin uğurlu siyasətin məntiqi nəticəsi olduğu vurğulanmışdır.
Hesabatda rayonda görülən tikinti-quruculuq və abadlıq işləri, rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi ilə rayon əhalisinin sosial sifarişi və təlabat əsasında həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına geniş məlumat verilmişdir. Ölkədə həyata keçirilən infrastruktur layihələrin davamı kimi Ağdam sərhəd kəndinə çəkilən yeni müasir avtomobil yolu bu yaşayış məntəqəsinin daha da inkişafına, əhalinin rifahının yüksəldilməsinə böyük təkan verdiyi razılıqla qeyd olunmuş və belə  tədbirlərə görə dövlət başçısına minnətdarlıq ifadə olunmuş, sərhəd kəndlərinə göstərilən diqqət və qayğı yüksək dəyərləndirilmişdir.
Kənd sakinləri Qələndər Məmmədov, Şahnaz Əyyubova, İsa Əliyev, Nəzakət Hadıyeva, Sübhan Məmmədov və başqaları çıxış edərək kənd əhalisinə göstərilən qayğını qeyd etməklə yanaşı ərazidəki həlli vacib problemlər barədə təkliflər səsləndirmişlər. Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov adına Ağdam məktəbi binasının əsaslı təmirə ciddi ehtiyacı vardır, eyni zamanda ötən əsrin 60-cı illərində tikilmiş Ağdam kəndindəki elektrik təsərrüfatı istismar müddətini başa çatdırdığına görə və erməni silahlı birləşmələrinin artillerya atəşi nəticəsində demək olar yararsız haldadır və onun bərpası sürətləndirilməlidir. 40 ildən artıq bir dövr ərzində əhalinin istifadəsində olan kənddaxili paylayıcı qaz təsərrüfatı hazırda inkişaf edərək abonentləri iki dəfədən çox artmış sakinlərin təlabatını ödəmir və həmin paylayıcı qaz şəbəkəsi iri diametirli borularla yenilənməlidir. Kənd uşaq bağçası binasının, məişət evinin təmir edilməsi, kəndarası yolların qaydaya salınması, ev təsərrüfatlarının suvarma suyu ilə fasiləsiz təminatı məsələləri də qaldırılmışdır.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Bəhruzər Rüstəmov və Nazim İsmayılov  iştirak etmişlər.

 

 

Keçidlər