Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndəliklərdə hesabat yığıncaqları keçirilir

11 yanvar 2019 | 16:00

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının   şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq qrafik üzrə hesabat yığıncaqlarının keçirilməsi davam edir. 3-31 yanvar tarixlərində müvafiq qrafik üzrə  rayonun 43  inzibati ərazi dairəsində yerli əhalinin iştirakı ilə hesabat yığıncaqlarının keçirilməsi nəzərdə tutulur.
Hazıradək 13 inzibati ərazi dairəsində ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş hesabat yığıncaqlarında nümayəndəliklərin fəaliyyəti haqqında yerli əhaliyə məlumat verilmişdir. 
3-11 yanvar tarixlərində rayonun Ağacqala, Qaralar, Həsənli, Əhmədabad, Sarıtala, Qaradaş, Hacıalılı, Çeşməli, Cəlilli, Göyəbaxan, Qəribli, Aşağı Mülkülü və Kirən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir.
Hesabat yığıncaqlarında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələr barədə məlumat verilmiş, hər bir ərazinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.  Hesabat yığıncaqları açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçmiş, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, ayrı-ayrı yaşayış məntəqələrinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirmiş, fikirlərini bölüşmüşlər.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı yanında Şurannın üzvləri, aparatın məsul işçiləri iştirak və çıxış etmişlər.

 

Keçidlər