Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda konsert və atəşfəşanlıq olacaq

31 dekabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bu gün saat 19:00-dan başlayaraq Heydər Əliyev Meydanında rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı təşkil edəcəkdir.
Konsert proqramından sonra saat 00:00-da Heydər Əliyev Meydanında atəşfəşanlıq olacaqdır.
Tovuz rayon İcra Hakimiyyəti sakinləri və rayonumuzun qonaqlarını konsert proqramına və atəşfəşanlığı seyr etmək üçün Heydər Əliyev Meydanına dəvət edir.

Keçidlər