Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda uşaqlara bu gün də bayram hədiyələri paylanıldı

30 dekabr 2018 | 16:00

Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tovuz şəhər 3 saylı, Əyyublu kənd 2 saylı, Əyyublu kənd “Nərgiz adına”, Əsrik Cırdaxan, Cilovdarlı, Dönük Qırıqlı kənd körpələr evi uşaq bağçalarının, Vahidli və Hunanlar kənd uşaq bağçalarının uşaqlarının bir qrupuna bayram hədiyyələri paylanıldı. 

Rayon mərkəzində quraşdırılmış yolkanın ətrafına dəvət olunan uşaqların ifasında müxtəlif səhnəciklər nümayiş etdirildi və şerlər səsləndirildi. Tovuz rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri bayram tədbirində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə rayon rəhbərliyinin ən xoş arzularını çatdırıb və bayram hədiyyələri təqdim ediblər.
Tədbir rayonun bütün məktəbəqədər təhsil müəssisələrini əhatə etməklə 3 yanvar 2019-cu ilə kimi davam etdiriləcəkdir.

Keçidlər