Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda bayram sovqatı paylanmışdır

28 dekabr 2018 | 16:00

Tovuzda əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna daim diqqət və qayğı göstərilir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə növbəti xeyriyəçilik aksiyası keçirilmişdir. Rayon İcra Hakimiyyətinin məsul işçilərinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun bütün yaşayış məntəqələrini əhatə etməklə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrin bir qrupuna - cəmi 550 ailəyə bayram sovqatı çatdırılmışdır.
Aksiyada iştirak edən sakinlər aztəminatlı ailələrin sosial vəziyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətindən razılıqlarını ifadə etmiş, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər