Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun dağ kəndində sakinlərlə görüş keçirilmişdir

26 dekabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun dağ kəndi olan İsakənd kəndində keçirilmişdir. Səyyar qəbul-görüşdə Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibinə daxil olan 13 kəndin sakinləri,  ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş və ölkəmizdə dağ kəndlərinə  göstərilən dövlət qayğısından, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlərdən danışmışdır.
İlk öncə Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibinə daxil olan kəndlərdə görülən işlərlə bağlı yerli icra nümayəndəsinin və aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinin məlumatları dinlənilmişdir.
Bundan sonra kənd sakinləri son vaxtlar dağ kəndlərində icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək bölgənin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələləri dilə gətirmişlər.
Kənd sakinləri əraziyə təbii qaz verilməsi, mübahisəli torpaq məsələləri, İsakənd kənd tam orta məktəbinin istilik təchizatı və məktəbdə tədrisin vəziyyəti, elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, sürətli internet verilməsi, pensiya təyinatı, özünü məşğulluq proqramı və digər sosial məsələlərlə  bağlı təkliflər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmiş, onların qanuna uyğun qaydada mərhələlərlə həll olunacağı vətəndaşlara bildirilmişdir.

Keçidlər