Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçiriləcək

25 dekabr 2018 | 16:00

Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Tovuz  rayonunda da böyük təntənə ilə qeyd olunur. Şəhər və kəndlər bayramsayağı bəzədilir, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülür.

Tovuz şəhərinin mərkəzində Heydər Əliyev meydanında 10 metr hündürlüyündə yolka qurulub, yolkanın ətrafında rəngarəng işıqlandırma quraşdırılıb. Bundan əlavə, parklar və küçələr, ticarət və iaşə obyektləri, ictimai binaların fasadları və eyvanları bayramsayağı bəzədilib. Şəhərin gecə işıqlandırılmasına da xüsusi diqqət yetirilib.

Bu il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri təşkil olunacaqdır.

29 dekabr 2018-ci il tarixdə saat 11:00-da Heydər Əliyev Meydanında keçiriləcək möhtəşəm bayram şənliyində respublikamızın tanınmış incəsənət ustalarından ibarət böyük bir musiqiçi qrupu geniş konsert proqramı ilə çıxış edəcəkdir.

Rayonumuzun bütün sakinlərini həmin bayram şənliyində iştirak etməyə dəvət edirik.

 

 

Keçidlər