Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

14 dekabr 2018 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilir.
13 dekabr 2018-ci il tarixində Düz Cırdaxan kəndi ərazisində rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin və ətraf kəndlərin sakinlərinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı yol kənarlarına və ictimai yerlərə 1000 ədəd şam ağacları əkilib. Ağaclara aqrotexniki qaydalara uyğun xidmət göstərilməsi təşkil olunub. 
Rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun da qatıldığı ağacəkmə aksiyasının bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulur.

 

Keçidlər