Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda basketbol idman növü üzrə zona mərhələsinin yarışlarına start verildi

11 dekabr 2018 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə və təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 11-12 dekabr 2018-ci il tarixlərdə Tovuz Olimpiya İdman Kompleksində Məktəblərin Respublika Çempionatının basketbol idman növü üzrə zona mərhələsinin yarışlarına start verilmişdir.
Zona mərhələsində Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Ağdam, Xocalı və Daşkəsən şəhər və rayonların komandalarının tərkibində cəmi 216 idmançı iştirak edir.
Açılış mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Gənclər və İdman Nazirliyinin məsul işçisi Oruc Məmmədli,  yarışın Təşkilat Komitəsinin sədri Ramil Qasımov, rayon təhsil şöbəsnin müdiri Validə Hüseynova, rayon gənclər və idaman idarəsinin rəisi Sahib Ələsgərov çıxış edərək məktəblilərin Respublika çempionatının  keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, idman komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi olduğunu bildirdilər.
Yarışlar davam edir.

 

 
 
 

 

 

 

Keçidlər