Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Aşağı Öysüzlü və Qazıqulu kənd sakinləri ilə görüş keçirib

24 oktyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qazıqulu kəndində  keçirilmişdir. Səyyar qəbul-görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov iştirak etmişdir.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinin məqsədini açıqlamış, vətəndaşları onları maraqlandıran məsələlərlə bağlı aktiv olmağa çağırmışdır.

Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmiş, ərazidə icra olunan infrastruktur layihələrindən razılıqlarını bildirmişlər. Sakinlər onları narahat edən bir sıra məsələləri də dilə gətirmişlər. Müraciət edən kənd sakinləri Qəşəm Səmədov - Xunam arxı üzərindəki körpünün kənarlarına məhəcər quraşdırılması, Təvəkkür Bağırov – Kəndin təzə məhəlləsinin qazlaşdırılması, Qənbər Şirinov – Aşağı Öysüzlü kəndindəki A. Hüseynov adına tam orta məktəbin yeni binasının tikintisi, Yuxarı Öysüzlü kənd sakini İlham Qədirov – Ünvanlı sosial yardım verilməis, evinə işıq çəkilməsi, evinin sənədləşdirilməsi, Sədaqət Bağırova – Qazıqulu kəndində körpələr evi-uşaq bağçasının açılması və müəyyən yerlərə məişət tullantıları konteynerlərinin qoyulması, Məhəbbət Əliyeva - ərinin əlil olması ilə əlaqədar onun adına olan kreditin bağlanmasına kömək göstərilməsi, Tahir Əliyev – Aşağı Öysüzlü kəndinin içməli su məsələsi, Gülbəniz Məmmədova – 1 nömrəli körpələr evi-uşaq bağçasına içməli su çəkilməsi, Təranə Mirzəyevə - Qazıqulu ümumi orta məktəbinə tam orta məktəb statusunun verilməsi, Aydın Ələkbərov – Aşağı Öysüzlü kəndinə suvarma suyu verilməsində olan nöqsanlar, Ramiz Məmmədov – Xəstə uşağının müalicəsinə kömək göstərilməsi, Ülviyyə Aslanova – ünvanlı sosial yardım tələbi, Tahir Məmmədov – həyatyanı torpaq sahəsi verilməsi barədə təkliflər və tənqidi qeydlər səsləndirmişlər.
Bütün müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verilmiş, bir neçəsi yerində həll olunmuş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.

 

 

Keçidlər