Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” qeyd olundu

05 oktyabr 2018 | 16:00

5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”  Tovuzda bayram əhval-ruhiyyəsində qeyd olunmuşdur.

Bu münəsibətlə rayonun qabaqçıl təhsil işçiləri, təlim-tərbiyə işində fərqlənən gənc müəllimlər, ağsaqqallar  və rayon istimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  təhsilə və gənc nəslin hərtərəfli yetişməsinə göstərdikləri qayğıdan bəhs etmişdir. Cənab başçı son dövrlər Tovuz təhsilinin  əldə etdiyi uğurlar və yüksək nəticələrdən danışmış, tovuzlu müəllimlərin dövlətin qayğısına  təhsildə əldə etdikləri yüksək nailiyyətlərlə cavab verdiyini vurğulamış, “Beynəlxalq Müəllimlər Günü”  münasibəti ilə rayon müəllimlərini təbrik etmişdir.

Tədbirdə təhsilin inkişafındakı xidmətlərinə görə təltif olunmuş A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin müəllimi Ceyran Məmmədova, əməkdar müəllimlər  İlqar Həsənov və Fazil Məhərrəmov, ağsaqqal müəllim  İsa Cavad oğlu çıxış edərək müəllim əməyini yüksək dəyərləndirdiyi üçün möhtərəm cənab Prezidentimizə minnətdarlıqlarını bildirmiş və tədbir iştirakçılarına təbriklərini çatmışlar.

Təhsildə əldə etdikləri  nailiyyətlərə görə rayonun bir qrup qabaqcıl müəlliminə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunmuş və qiymətli hədiyyələr verilmişdir.

Bayram tədbiri konsert proqramı ilə davam etmişdir.

 

 

Keçidlər