Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda AQSİA “Dayaq” mentorluq Proqramı çərçivəsində fəal qadınlarla görüş keçirilmişdir

11 sentyabr 2018 | 16:00

Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılmış Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “İşgüzar qadınlar üçün: “Dayaq” mentorluq proqramı çərçivəsində Tovuz rayonu ərazisində, xüsusilə də kənd yerlərində yaşayan qadınların ehtiyac və imkanlarının öyrənilməsi, eyni zamanda hazırda sahibakrlıq fəaliyyəti ilə məşğul olan və yaxud bu arzuda olan qadınlarla işin təşkili, biznes bacarıqlarının inkişafı üçün keçiriləcək forumda iştirakçı qismində təmsil olunacaq  nümayəndələrin seçilməsi üçün rayonda fəal, kənd təsərrüfatı, sahibkarlıqla məşğul olan qadınlarla görüş keçirilmişdir.
Görüşdə AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva “Dayaq”  mentorluq proqramı  barədə geniş məlumat verərək xüsusilə də dağ kəndlərində yaşayan qadınların sahibkarlığa, kənd təsərrüfatı sahələrinə  olan maraqları və real imkanlar, qadınlarda biznes maraqlarının inkişafına Assosiasiya tərəfindən göstəriləcək dəstək barədə ətraflı məlumat vermişdir. S. Babayeva layihənin məqsədinin regionlarda qadınların məşğulluq səviyyəsinin təmin edilməsinə, yerlərdə sosial problemlərin həllində fəal və sahibkar qadınların rolunun artırılmasında yardımçı olmağı vurğulamışdır.
Tədbirdə rayonun müxtəlif kəndlərindən sahibkar, fəal qadınlar iştirak etmişdir. Sonda Assosiasiyanin Tovuz rayonu üzrə əlaqələndirici nümayəndəsi  seçilmişdir.

Keçidlər